Xoş Gəldiniz !

Artıq qeydiyyatdan keçmisiniz?

Daxil ol
Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi

III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi

Konqres müasir onkologiyanın inkişaf potensialını və müxtəlif ölkələrin yanaşmalarını nəzərə alaraq, gələcək üçün ən optimal və uyğun həllərin tapılmasına, elmi tədqiqatların genişləndirilməsinə və onkoloji xidmətin təkmilləşdirilməsinə xidmət edir.

III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi

Dəvət

Sizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası və Beynəlxalq Senoloji Cəmiyyəti-nin birgə təşkilatçılığı ilə keçiriləcək 2 günlük “III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi” və “Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi”ndə iştirak etməyə dəvət edirik. Konqresin əsas məqsədi müxtəlif ölkələrin mütəxəssisləri arasında onkologiya sahəsində əməkdaşlığı gücləndirmək, müasir diaqnostik və terapevtik prosedurların tətbiqini təşviq etməkdir. Konqres müasir onkologiyanın inkişaf potensialını və müxtəlif ölkələrin yanaşmalarını nəzərə alaraq, gələcək üçün ən optimal və uyğun həllərin tapılmasına, elmi tədqiqatların genişləndirilməsinə və onkoloji xidmətin təkmilləşdirilməsinə xidmət edir. Konqresdə süd vəzi xəstəlikləri, süd vəzi xərçəngi və qadın reproduktiv sağlamlıq sahələrinə dair müxtəlif mövzular ətrafında simpoziumlar, konfrans-önü kurslar, e-poster sessiyaları və digər tədbirlər yer alacaqdır.

2024-cü ilin spikerləri
Speaker Image 1

Dos. Dr. Həqiqət Vəliyeva

Speaker Image 1

Dos. Dr. Nigar Mehdiyeva

III Süd vəzi Xərçəngi Konqresi

Vacib tarixlər



Məlumatlar Tarix
III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi I Gün 29 Noyabr 2024
Onkoplastik Cərrahiyyə Kursu 29 Noyabr 2024
III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi II Gün 30 Noyabr 2024
IBUS Breast Imagine School Kursu 30 Noyabr 2024
Məruzələrin, tezislərin və abstraktların Konqres katibliyinə son təqdim edilmə tarixi 30 Sentyabr 2024