Assosiasiya
Bizim haqqımızda
Sağlamlıq yolunda birlikdəyik
Süd vəzi xəstəlikləri ilə mübarizə
Missiyamız
Azərbaycan qadınlarının sağlam gələcəyinə töhfə vermək, süd vəzi xəstəliklərinin qarşısının alınması və erkən aşkarlanması üçün müasir yanaşmaları təşviq etmək.
Dəyərlərimiz
Etibarlılıq, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanaraq həm mütəxəssislər, həm də cəmiyyət üçün faydalı bilik və dəstək təqdim edirik.
Hədəfimiz
Biz ölkəmizin ehtiyaclarına uyğun skrininq proqramı hazırlayırıq. Proqram süd vəzi xərçənginin erkən aşkarlanmasına və digər prioritet sahələrə yönələcək. Məqsəd – vaxtında diaqnoz və müdaxilə ilə sağlamlıq göstəricilərini yaxşılaşdırmaqdır. Təşəbbüs beynəlxalq təcrübəyə əsaslanaraq, yerli səhiyyə orqanları və tərəfdaşlarla əməkdaşlıq şəraitində həyata keçiriləcək.


Haqqımızda
Assosiasiya haqqında
Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası (ASVXMA) süd vəzi xəstəliklərinin erkən diaqnostikası, müalicəsi və profilaktikası sahəsində fəaliyyət göstərən həkimləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirən ixtisaslaşmış elmi-ictimai qurumdur.
Assosiasiyanın əsas məqsədi:
Süd vəzi xəstəliklərinin, xüsusilə də süd vəzi xərçənginin erkən aşkarlanması üzrə maarifləndirici fəaliyyət aparmaq, Peşəkar həkimlər və tibb işçiləri arasında bilgi və təcrübə mübadiləsini təşviq etmək, Beynəlxalq standartlara uyğun elmi araşdırmalar və layihələrdə iştirak etmək, Xəstələr və cəmiyyət üçün təhlükəsiz, etibarlı və əlçatan tibbi məlumatların yayılmasına dəstək verməkdir.
Fəaliyyət istiqamətlərimiz:
İctimai maarifləndirmə kampaniyaları və təlim proqramları, Konfranslar, seminarlar və elmi toplantılar, Süd vəzi xəstəliklərinin profilaktikası və müalicəsinə dair yeniliklərin paylaşılması, Xəstələr və ailələri üçün psixoloji dəstək layihələri.
ASVXMA həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə əməkdaşlıqlara xüsusi önəm verir. Məqsədimiz Azərbaycan qadınlarının sağlam gələcəyinə töhfə vermək və süd vəzi xəstəlikləri ilə mübarizədə qabaqcıl yanaşmaları tətbiq etməkdir.
BREASTV – MAARİFLƏNDİRİCİ YOUTUBE KANALIMIZ
BreasTV süd vəzi xəçəngi ilə bağlı mövzular haqqında məlumatlılığın artırılmasına həsr olunmuş aktiv YouTube platformamızdır. Biz həm peşəkarlar, həm də ictimaiyyət üçün hazırlanmış mütəxəssis müsahibələrini, vebinarları, xəstə müzakirələrini və təhsillə bağlı məzmunları paylaşırıq. Kanal erkən aşkarlama, məlumatlı qərar qəbuletmə və regional əməkdaşlığı təşviq etmək missiyamızı dəstəkləyir. Rəqəmsal təbliğat vasitəsilə biz təsirimizi genişləndirməyi və sərhədləri aşaraq daha geniş auditoriyanı cəlb etməyi hədəfləyirik.
Sağlamlıq, Maarifləndirmə və Əməkdaşlıq
Birlikdə Güclüyük
Üzvlərimizlə birgə cəmiyyətin sağlam gələcəyi üçün maarifləndirici layihələr həyata keçirir, beynəlxalq əməkdaşlıqlarla gücümüzü artırırıq.

Üzvlük
Assosiasiyaya üzv olaraq peşəkar həkimlər şəbəkəsinə qoşulur, elmi bilik və təcrübə mübadiləsindən faydalanırsınız.

Maarifləndirmə
Cəmiyyət üçün keçirilən tədbirlər, kampaniyalar və maarifləndirici layihələrlə sağlamlıq şüurunun artırılmasına töhfə veririk.

Əməkdaşlıq
Yerli və beynəlxalq tərəfdaşlarla birlikdə ortaq layihələr həyata keçirir, innovativ həlləri ölkəmizə gətiririk.
Sertifikatlar
Keyfiyyət və etibarlılıq təsdiqi
Sertifikatlarımız fəaliyyətimizin beynəlxalq standartlara uyğun və etibarlı olmasının göstəricisidir
Tərəfdaşlarımız
Güvənə əsaslanan əməkdaşlıq
Biz etibarlı tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq quraraq birgə inkişafı dəstəkləyirik. Əməkdaşlıq münasibətlərimiz qarşılıqlı güvən, şəffaflıq və davamlı uğur prinsiplərinə əsaslanır
Xəbərlər və yeniliklər
Son xəbərlər və məqalələr
News text