Azərbaycan Süd Vəzisi Xəstəlikləri Assosiasiyası böyük məmnuniyyətlə “III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi” və “Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi” - abstrakt və məqalələrin qəbulunu elan edir. Tezis və Məruzələrin qiymətləndirilməsi: ✓Məruzələrin tezisləri elmi komitə tərəfindən yekun proqrama əsas məruzəçidən doldurulmuş qeydiyyat forması alınmayana qədər daxil edilməyəcəkdir ✓Şifahi çıxışların tezisləri, videoprezentasiyaların və stend məruzələrin tezisləri elektron jurnalda dərc olunacaqdır ✓Tezislər düzgün doldurulmayan halda elmi komitə onun dərcindən imtina edə bilər ✓Reklam xarakterli məlumatların (cihaz, dərman) qəbulu elmi komitə tərəfindən imtina oluna bilər ✓Birinci müəllif tezislərin qəbul olunması haqqında elmi komitə tərəfindən məlumatlandırılacaqdır ✓Təqdim olunan materialın proqramın hansı (şifahi və ya stend məruzə) hissəsində dərc olunması elmi komitə tərəfindən təyin olunacaqdır ✓Tezislər elmi komitə tərəfindən resenziya olunur ✓Dərc olunmuş məlumatların doğruluğu və etibarlılığı haqqında cavabdehliyi məlumatı təqdim edən müəlliflər daşıyır Cavabdehlik: ✓Təşkilat komitəsi şəxsi hadisələr zəminində baş vermiş işlərə, xüsusi mülkiyyətinin itirilməsi və zədələnməsinə görə məsuliyyət daşımır ✓İştirakçılar konqres və digər tədbirlərdə könüllü şəkildə sığorta polisi əldə edə bilərlər Abstrakt|Tezis və Məruzələrin təqdim edilməsi prosesi Məruzələrin tezisləri və Abstraktların Konqres katibliyinə son təqdim etmə tarixi 30 sentyabr 2024-cü ildir. Aşağıdakı linkdə verilmiş formanı doldurub [email protected] e-poçt ünvanına göndərməyiniz və ya https://ref.az/2jJanfb linkinə daxil olub abstrakt və ya məruzənizin tezisini onlayn göndərə bilərsiniz Abstraktlar Konqresin elmi komitəsi tərəfindən baxılacaq və yekun qərar 30 sentyabr 2024-cü il tarixində elan ediləcəkdir. Qəbul edilmiş abstrakt və məqalələr Azərbaycan Süd Vəzisi Xəstəlikləri Assosiasiyasının Jurnalında dərc ediləcəkdir Məruzəçilərin nəzərinə Şifahi məruzə üçün təqdim edilmiş tezislərlə yanaşı müəllifin “Curriculum vita”sı, şəxsiyyət vəsiqəsinin surəti və foto şəkil də təqdim edilməlidir. Məruzəçilər üçün məlumat (informasiya) Şifahi məlumatlar: Hər məruzəçi məruzəsindən ən azı 1 saat əvvəl öz təqdimatını xüsusi baxış otağında yoxlayıb təsdiq etməlidir. Məruzə müddəti 15 dəqiqə təyin olunur. Videoprezentasiya: Nümayiş üçün video-təqdimat ən azı təqdimatdan 1 gün əvvəl qəbul olunur. Stend məruzə (poster təqdimat): Məruzəçi stend məruzədə göstərilən materialı reqlamentlə təyin olunan yerdə və vaxtda yerləşdirməlidir. Çıxış müddəti 5 dəqiqədir. Stend/Poster məruzələrin nümayiş qaydaları: Ölçüsü: stend məruzə 90 sm eni və 150 sm hündürlüyündən çox olmamalıdır. Şriftin böyüklüyü məruzənin adında 25 mm hündürlüyündən və mətndə 10 mm-dən az olmamalıdır. Şəkillər, sxemlər, qrafiklər və digər vizual materiallar 1 metr məsafədən yaxşı oxunmalıdır. Abstrakt/Tezislərin təqdim olunma qaydaları Tezislərdə bitmiş tədqiqatların konkret nəticələri olmalıdır. Tezislərdə tədqiqatların nəticələri məruzədə veriləcək kimi ifadələr və s. işlənməməlidir. Tezislər elektron poçt vasitəsilə elmi komitənin ünvanına təqdim olunmalıdır. Tezislər Azərbaycan, Rus, Türk və ya İngilis dillərində yazıla bilər. Tezislər verilmiş formaya əsasən hazırlanmalıdır. Simvolların məsləhət görülən ölçüləri: “Times New Roman”, 12. Tezislərin maksimal həcmi – 250 söz. Başlıq böyük həriflərlə qısaldılmamış şəkildə çap olunmalıdır. Başlıqdan sonrakı sətirdə müəlliflər və onların inisialları yazılır, akademik adlar və vəzifələr göstərilməyir. (məsələn. dosent, tibb elmləri namizədi və s.). Tezislərin strukturuna “İşin məqsədi”, “Material və metodlar”, “Nəticələr” və ”Yekun” daxil olur. İşin adı və tədqiqatın məqsədi mümkün qədər qısa yazılmalıdır. “Material və metodlar”, “Nəticələr” və ”Yekun” bölməsində kifayət qədər məlumatlar yazılmalıdır ki, elmi komitə təqdim olunmuş işi qiymətləndirə bilsin. Tezislərdə cədvəl, qrafik və şəkil yerləşdirilməsinə icazə verilmir. Tezislərin mətnində ümumi qəbul olunmuş qısaltmalara yol verilir, lakin ilkin qısaltmadan əvvəl mətndə onun izahatını vermək lazımdır. Klinik müşahidədən ibarət olan tezislər stend məruzə və ya videonümayiş kimi qəbul olunacaq. Müəlliflər qabaqcadan təyin etməlidirlər ki, onlar öz materialını hansı formada təqdim etmək istəyirlər (şifahi məruzə, videotəqdimat, stend doklad və ya tezis). Faks, WhatsApp ilə elmi komitəyə göndərilən tezis məlumatları qəbul olunmayacaq. Abstrakt, Tezis və Məruzələr üçün prioritet mövzular •Şişlərin etiologiyası və epidemiologiyası •Şişlərin biologiyası və patogenezi •Onkoloji xəstəliklərin profilaktikası və skriningi •Fundamental fənnlər və onkologiya •Şişönü xəstəliklər və bədxassəli şişlər •Onkologiyada yeni diaqnostik üsullar •İnvaziv radiologiya •Süni intellekt •Şiş xəstəliklərinin cərrahiyəsi •Şiş xəstəliklərinin kimya terapiyası •Şiş xəstəliklərinin radioterapiyası •Şiş xəstəliklərinin endokrin müalicəsi •Şiş xəstəliklərinin target və biloloji müalicəsi •Şiş xəstəliklərinin immunterapiyası •Simptomatik müalicə və palliativ yardım •Ağırlaşmalar və reabilitasiya •Onkoloji xidmət, deontologiya •Onkoloji xəstəliklərdə plastik cərrahın rolu •Onkologiya və robotik cərrahiyə •Şiş prosesi və endokrin xəstəliklər •Süd vəzi şişləri və ginekoloji xəstəliklərlə əlaqəsi •Onkoloji xəstəliklər və psixo-emosional vəziyyət •Onkologiya və genetika •Onkologiya və ağrı •Onkologiya və anesteziologiya •Onkologiya və təxirəsalınmaz vəziyyətlər •Onkologiya və kardioloji problemlər •Onkologiya və hemotologiya •Onkologiya və Covid 19 Abstrakt və Tezislərin hazırlanması üzrə Tövsiyələr Başlıq ... Müəlliflər siyahısı Bütün müəllifləri və təmsil etdiyi tibb müəssisələrini qeyd edin. Təqdimatı edəcək müəllifi qeyd edin. Müəllif 1, Müəllif 1,2, Müəllif 3 1Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə 2Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə 3Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə Maksimum 250 sözdən çox olmayan strukturlaşdırılmış abstrakt təqdim edin. Biblioqrafiya, cədvəllər və ya şəkilləri qoşma kimi əlavə edin. Ümumi: ... Metodlar: ... Nəticələr: ... Yekun: ... Əsas mesajlar Əsas mesajlarınızı aşağıdakı formatda təqdim edin. Hər bənd üzrə mesaj 85 simvoldan çox olmamalıdır. ••Əsas mesaj 1• ••Əsas mesaj 2• İnteraktiv elementlər Abstrakt təqdim edənlərdən oral və ya poster təqdimatlarına interaktiv elementlər əlavə etmələrinizi tövsyə edirik. Əgər interaktiv elementlər əlavə olunacaqsa, aşağıdakı qısa təsvir edin. Təqdimat növü Abstraktınızın təqdimatı üçün müvafiq formatı seçin (yalnız birini seçin): ☐ Oral (şifahi) təqdimat: 10 dəqiqə - yüksək keyfiyyətli orjinal məlumatların təqdimatı və ekspert müzakirəsi ☐ Mini oral(qısa şifahi): 5 dəqiqə - keyfiyyətli məlumatların qısa təqdimatı və ekspert müzakirəsi ☐ Poster təqdimat(baxış) Təqdim edən müəllif sual-cavab üçün hazır olmalıdır. Qəbul olunmuş abstarktı/tezisi və ya məruzəni təqdim edəcək müəllif mütləq konqresdə iştirak üçün qeydiyyatdan keçməlidir.