Xoş Gəldiniz !

Artıq qeydiyyatdan keçmisiniz?

Daxil ol

Tədbirlər

Event Detail Image
Biznes konfrans və tədbir planlaşdırma

III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi

Tədbir başlanğıcı

2024-11-29 09:00:50

Tdbirin sonu

2024-11-30 18:00:50

Yer

Fairmont Baku

Baxış

❗ 29-30 noyabr 2024-cü il tarixində III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi keçiriləcək ❗
Süd vəzisi xəstəlikləri, o cümlədən süd vəzi xərçənginin önlənməsi, diaqnostikası və müalicəsi sahəsində çalışan mütəxəssislər dünyanın bir sıra ölkələrindən noyabr ayında Bakıda keçiriləcək III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi iştirak etmək üçün Azərbaycana təşrif buyuracaqlar.

III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Azərbaycan Onkoloqlar Cəmiyyəti Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının və Senologic International Society ilə birgə Bakı şəhərində baş tutacaqdır.

III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi elmi tədqiqatları nümayiş etdirmək, ən yaxşı təcrübələri bölüşmək və dünyanın bir çox yerlərindən olan həmkarlar ilə müzakirələrdə iştirak etmək imkanı yaradır.
✅ Konqres iştirakçıları süd vəzisi xəstəlikləri, süd vəzisi xərçəngi və qadın & reproduktiv sağlamlıq sahələrinə aid müxtəlif mövzulara dair simpoziumlar və konfrans-önü kurslar, e-poster sessiyaları və digərlərindən faydalana bilər.

Tədbir media

Şəkil və Videolarımızı kəşf edin